Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 15:18
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə "Gəl, ümid" adlı kamera vokal musiqisi axşamı təqdim olundu.
"BakuOperArt" layihəsi olan "Komm, Hoffnung" (Gəl, ümid!) adlı konsert proqramında Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) ifaları maraqla qarşılandı.
Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi gecəsi dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümünə həsr edilmişdi.
Kamera vokal musiqi konsert proqramının böyük hissəsi ilk dəfə Bakıda nümayiş olunan əsərlər təşkil edib.
Qeyd edək ki, BMM musiqinin müxtəlif janrlarını əhatə edən konsertlər təqdim edir. Vokal musiqisi axşamı layihəsi klassik musiqi həvəskarlarını bir araya gətirir.