Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş futbolçu 23 illik həyat yoldaşından şikayətləndi

Keçmiş futbolçu 23 illik həyat yoldaşından şikayətləndi

Tarix: 2 Fevral 2022 15:25

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı, britaniyalı modelyer Viktoriya Bekhemlə bağlı maraqlı faktlar açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, futbolçu "River cafe table 4" proqramında qonaq olarkən, illərdir Viktoriyanın eyni yeməkləri yeməsindən şikayətlənib:

"Təəssüf ki, 25 ildir eyni şeyi yeyən biri ilə evliyəm. Viktoriya ancaq qızardılmış balıq və buxarda bişmiş tərəvəzlər yeyir. Ən sevindiyim vaxtlar o, nəsə fərqli yemək yediyi zamanlardır.

Çünki mən dadlı bir şey yeyəndə hər kəsin onun dadına baxmasını istəyirəm. Yəqin ki, Viktoriya yeganə fərqli bir şey yediyi vaxt Harperə hamilə olduğu zaman idi. O, mənim boşqabımdan qəlyanaltı yedi və həmin axşam mənim üçün unudulmaz oldu. O gündən sonra fərqli bir şey yediyimi xatırlamıram".

Qeyd edək ki, 23 ildir evli olan cütlüyün Bruklin (19 yaş), Romeo (15 yaş), Kruz (12 yaş) və Harper (6 yaş) adlı dörd övladı var.

Milli.Az


Etiketlər:  Keçmiş futbolçu illik həyat yoldaşından şikayətləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ