Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 18:32
Rusiyanın bütün bölgələrinin sakinləri Arktika zonasında pulsuz torpaq sahəsi hüququ əldə ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq qanun 2022-ci il fevralın 1-dən qüvvəyə minib.
İndiyədək "Arktik hektar" yalnız Arktikadakı ərazilərin sakinlərinə verilirdi.
Bildirildir ki, rusiyalılar altı regionda - Murmansk vilayətində, Nenets Muxtar Dairəsində, Yamalo-Nenets Muxtar Dairəsində, Kareliyada, Komi Respublikasında, Arxangelsk vilayətində torpaq almaq hüququ var. Ərizə bir nəfər və ya kollektiv (on nəfərə qədər) tərəfindən təqdim edilə bilər. Torpaq həmçinin xaricdə yaşayan miqrant rusiyalılara da ayrıla bilər.
Proqramın rəsmi portalında interaktiv xəritədə topraq sahəsini seçmək mümkündür. Torpağın özəlləşdirilməsi və ya icarəyə vermək hüququ beş ildən sonra mümkün olacaq.