Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 10:18
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçidinin detalları bəlli olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun transferi Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib.
Emreli ilə müqaviləni ləğv edən Polşanın "Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.