Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 13:12
Britaniyalı məşhur müğənni Adel "Instagram"da sevgilisi ilə ayrıldığı barədə söz-söhbətlərə aydınlıq gətirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, ilk olaraq BRIT mükafatının təqdimetmə mərasimində çıxış edəcəyini xəbər verib:
"Bunu səbirsizliklə gözləyirəm. Yeri gəlmişkən, Riç hər kəsə sevgi nuru göndərir", - deyə Adel yazıb.
Qeyd edək ki, mediada bir gün əvvəl Adelin idman agenti Riç Pol ilə münasibətlərindəki problemlərə görə Las-Veqasdakı konsertini təcili olaraq ləğv etdiyi yazılmışdı. Müğənninin ətrafına yaxın mənbə onun konsertə hazırlaşmaq əvəzinə Los-Ancelesə sevgilisinin yanına getdiyini deyib.
Adelin özü konsertin ləğvini koronavirusla bağlı problemlər və vaxt azlığı ilə əlaqələndirmişdi.