Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentlik sədri: Hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətini artırmaq əsas hədəflərdəndir

Agentlik sədri: Hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətini artırmaq əsas hədəflərdəndir

Tarix: 4 Sentyabr 2019 14:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq Dövlət Turizm Agentliyinin əsas hədəflərindəndir.

Trend-in məlumatına görə, bunu Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensenlə görüşündə deyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını söyləyib. O, bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.

Görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb.

Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılmasının vacib məqamlardan olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensen sentyabrın 3-də Bakıda start götürən “İntour” sammitinə qatılıb.

Təşkilat sədri bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüşlərdə iştirak edəcək, eyni zamanda hotelçilik sənayesinin nümayəndələri ilə bir araya gələcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Agentlik sədri Hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətini artırmaq əsas hədəflərdəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ