Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 15:50
2020-ci ilin yazında koronavirus səbəbilə tətbiq edilən məhdudiyyətlər ABŞ və Avropada ölüm nisbətlərinə zəif təsir göstərib, lakin ciddi iqtisadi və sosial problemlərə səbəb olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin alimləri bildiriblər.
Tədqiqatçıların qeyd ediblər ki, açıq yerlərə, xüsusən də parklara və çimərliklərə girişin məhdudlaşdırılması insanları infeksiya riskinin daha yüksək olduğu qapalı yerlərdə görüşməyə sövq edir.
Alimlər belə bir tədbiri məcburi özünütəcrid kimi tənqid ediblər. Onların sözlərinə görə, bu, COVID-19-dan ölüm nisbətini cəmi 2,9 faiz azaldıb, bəzi hallarda isə əksinə, vəziyyəti daha da pisləşdirib.
"Məcburi özünü təcrid etmək xəstəni ailəsinin əhatəsində qoya bilər, burada o, yaxınlarına daha yüksək virus yükü ötürmək və daha ağır xəstəliyə səbəb olmaq riski daşıyır", - deyə tədqiqatın müəllifləri vurğulayıb.
Mütəxəssislər müəyyən ediblər ki, karantinlar ABŞ və Avropa ölkələrində sosial-iqtisadi vəziyyətə pis təsir edib. Xüsusilə, işsizlik səviyyəsi, məişət zorakılığı halları, o cümlədən narkotiklərin dozası həddindən çox artıb. Bundan əlavə, tədris prosesinin keyfiyyəti aşağı düşüb.
Sonda ekspertlər belə qənaətə gəlib ki, təcrid siyasəti ciddi rol oynamır və pandemiya zamanı tətbiq edilməməlidir.