Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astarada nadir qayaüstü təsvir, Lerikdə 5 kurqan aşkarlanıb

Astarada nadir qayaüstü təsvir, Lerikdə 5 kurqan aşkarlanıb

Tarix: 3 Fevral 2022 19:38

Astara və Lerikdə aparılan arxeoloji tədqiqatlar zamanı yeni tapıntılar aşkar edilib.

AMEA-dan c-a verilən məlumata görə, bunu Rəyasət Heyətinin növbəti iclasında məruzə ilə çıxış edən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru Fərman Quliyev deyib.

"AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ilə birgə Astara rayonunun ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Sım kəndində bölgə üçün nadir hesab edilən yeni qayaüstü təsvirlər, Lerik rayonunun Mistan kəndi ərazisində isə Son tunc və erkən dəmir dövrünə aid olunması ehtimal edilən 5 yeni iri və orta ölçülü kurqan aşkarlanıb", - o, məruzədə vurğulayıb.

Milli.Az


Etiketlər:  Astarada nadir qayaüstü təsvir Lerikdə 5 kurqan aşkarlanıb


RƏYLƏR