Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 15:57
Bakı. Trend:
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sentyabrın 3-də Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kəndi ərazisində Qəbələ rayonu Zərgərli kənd sakini Qafqaz Əhmədxanovdan müvafiq sənədləri olmayan “TOZ-28” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin