Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Kitab Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti oub - FOTO

Bakı Kitab Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti oub - FOTO

Tarix: 4 Fevral 2022 20:24

Bakı Kitab Mərkəzində Gənclər gününə həsr olunmuş Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti oldu. Hüseynağa Aslanovun aparıcılığı ilə keçirilən konsertdə Respublika və Beynəlxalq müsabiqələrin laureatları çıxış etdi. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kvartetinin və əməkdar artist Nərgiz Əliyevanın müşayiəti ilə dahi bəstəkarlarının əsərləri və görkəmli Azərbaycan şairlərinin şeirləri səsləndi.

İstedadlı gənclər-Surə Rüfət (violin),Əli Vəliyev (piano),Sevda Cəbrayılova (qanun),Zilhiccə İsmayılova (qanun),Fatimə Əliyeva (piano),Rəhilə Nəzərova (fleyta),Nuray Quliyeva (piano),Taleh Rəsulov,Zümrüd Əlizadə (piano),Mehin Zalıyeva  (piano),Teymur Kazımov (vokal),Səriyyə Nəsibova (violin),Sevinc Ağayeva(piano),Sara Mustafayeva (piano) - Arif Məlikov - "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları", Ferents List - Konsert Etüdu f-moll, Zakir Bağırov - "Rapsodiya", Frederik Şopen - 2 saylı Sonata (I hissə), İohan Sebastian Bax - "Menuet Badinerie", Rolf Lovland - "Song from a Secret Garden", Vəfa Bağırzadə - "Azərbaycan", Astor Pizazzola-Libertango, Aleksandr Zarjitski - "Mazurka", Neapolitan mahnısı - "Non ti scordar di me", Volfanq Amadeus Mosart - Fazıl Say - "Türk marşı" caz versiyası kimi rəngarəng əsərlər səsləndirdilər.

2 Fevral Gənclər günüdür. Həmin gün 1997-ci ildə Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu da dövlətin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı  ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. 
Gənclərimiz tək elmdə, mədəniyyətdə deyil, 44 günlük Vətən müharibəsində də öz sözünü hərb meydanında düşmənə dedi. Allah şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. 

Qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, məqsədləri: dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır.
Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

"Gənclərə dəstək" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyası-nın direktoru, xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə,kordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. Layihənin ilk konserti "Multikulturalizm ili" çərçivəsində keçirilmişdir. "Gənclərə dəstək" layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir. 

Bu günə qədər keçirilən konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edir və rəğbətini qazanir. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A. Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur.

Milli.Az


Etiketlər:  Bakı Kitab Mərkəzində Gənclərə dəstək layihəsi iştirakçılarının konserti oub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ