Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın köməkçisi: ''Paşinyan da Antalya Diplomatiya Forumuna gələcək''

Ərdoğanın köməkçisi: ''Paşinyan da Antalya Diplomatiya Forumuna gələcək''

Tarix: 4 Fevral 2022 23:54

Qarabağın azad edilməsi sülhün açarıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay "A-Haber" telekanalına müsahibəsində deyib.

O, qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri əslində 30 il ərzində mümkünsüzlüyü həll kimi təklif edirdilər. Nəticə etibarı ilə uduzan sadəcə Ermənistan oldu, Azərbaycan isə hərtərəfli şəkildə gücləndi.

"Türkiyə - Ermənistan arasında münasibətlərin normallaşma prosesində xüsusi nümayəndələr təyin olundu və müsbət mesajlar verildi. Ümid edirik ki, bu proses sürətlənəcək və biz Ermənistanla çox qısa müddətdə irəliləyə bilərik. Bundan əlavə, dəhlizlər açılacaq. Ermənistanın Baş naziri Paşinyan da Antalya Diplomatiya Forumuna gələcək" deyə o bildirib.

Milli.Az


Etiketlər:  Ərdoğanın köməkçisi Paşinyan Antalya Diplomatiya Forumuna gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ