Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 16:44
"Bavariya" ötən mövsüm rekord həddə gəlir əldə edib.
Qol.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin ötən mövsüm dövriyyədəki pulu 750,5 milyon avro olub ki, bu da klub tarixində rekord göstəricidir.
"Bavariya" sponsorluq güzəştləri, yayım hüquqlarının satılması və bilet gəlirləri hesabına bu gəlirə nail olub.
Klubun xalis mənfəəti 52.5 milyon avro təşkil edib. Bu isə ötən mövsümlə müqayisədə 72 faiz artımdır.