Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qızı test etdirməyə qoysaydı, Fatma sağ olardı" - FOTO

Tarix: 5 Fevral 2022 10:12

Mərhum "Yeşilçam" ulduzu Fatma Girikin ölümü ilə bağlı yeni məlumat yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uzun illərdir Girikin baxımını edən türkmənistanlı xanım aktrisanın koronavirusa yoluxması ilə bağlı açıqlama verib:

"Ahu xanım xəstə olduğumu bilirdi, test etdirmək istədim, xəstəxanaya getdik. Test üçün min lirə istədilər, Ahu xanım pulun çox olduğunu düşündü, sən qrip olmusans dedi, test etdirmədik. Məni Fatma bacının otağına apardı, işləməyə davam etdim. Bazar ertəsi Girikin həkimi gəldi, xəstəsən? Səsin dəyişib dedi. Mən də qripəm dedim. Ahu xanımı yığdım, dedim ki, mənə icazə verin, gedim testimi özüm etdirim. Qətiyyən icazə vermədi. Cümə günü Fatma bacının qızdırması qalxdı. Şənbə günü test verdim, nəticə müsbət çıxdı. Məndən keçib-keçməməsini bilmirəm. Amma kaş mənə test etdirərdilər, indi Fatma bacı sağ olardı. Fatma bacının otağına mən, Ahu xanım bir də rəfiqəsi girirdi. Ahu xanım mənə tapşırdı ki, test nəticəmin cavabını Girikin qardaşına göndərməyim. Günay bəy sonradan öyrəndi".

Qeyd edək ki, Ahu, Fatma Girikin mənəvi qızıdır. Aktrisanın mirası ölümündən sonra ona qalıb.

Milli.Az


Etiketlər:  Qızı test etdirməyə qoysaydı Fatma sağ olardı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ