Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bozun 50 çaları” filminin ulduzu “Marvel” kainatına daxil olur - FOTO

“Bozun 50 çaları” filminin ulduzu “Marvel” kainatına daxil olur - FOTO

Tarix: 5 Fevral 2022 11:44

Amerikalı aktrisa və model Dakota Conson "Marvel" kainatında filmin çəkilişləri ilə bağlı "Sony" ilə danışıqlara başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət "Bozun 50 çaları"nın ulduzunun baş rolu oynaya biləcəyi "Madam Tor" adlı filmdən gedir. "Sony" şirkəti "Hörümçək Adam: Evə yol yoxdur" filminin uğurundan sonra bu layihə barədə qərar verib.

Filmin rejissoru Ey Cey Klarkson olacaq. Ssenarini Mett Sazama və Berk Şarpless yazacaq.

"Madam Tor" Piter Parkerə yaramazları tapmağa və onlarla mübarizə aparmağa kömək edən iflic olmuş bir cadugərdir.

Personaj ilk dəfə 1980-ci illərdə "Hörümçək adam" komikslərinin səhifələrində görünüb.

Milli.Az


Etiketlər:  Bozun çaları filminin ulduzu Marvel kainatına daxil olur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ