Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar açıqlandı - FOTO

Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar açıqlandı - FOTO

Tarix: 6 Fevral 2022 05:45

Serotonin, dopamin və endorfin kimi ləzzət hormonlarının çatışmazlığı qüssəyə və vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Bu barədə rusiyalı dietoloq Yelena Solomatina xəbərdarlıq edib.

Onun sözlərinə görə, əhvalı təkcə aşiq olmaq, alış-veriş, gəzinti və ya idman yüksəltmir, həmçinin məhsullar vasitəsilə kefi açmaq olar.

"Birincisi, bədəndə antidepresan kimi fəaliyyət göstərən D vitamini çatışmazlığına aradan qaldırmalıyıq. Bu, demək olar ki, hər kəsdə olur. Belə olan halda pəhrizə yağlı balıq və ya treska qaraciyəri əlavə etmək yaxşıdır", - deyə dietoloq bildirib.

Solomatina həmçinin tərkibində maqnezium olan qidalara, o cümlədən tumlar, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlərə ehtiyac olduğunu bildirdi.

"Bəzi "B" vitaminlər qrupunun məhsullarını da unutmayaq: bunlar tam taxıllardır. Rasiona həftədə bir dəfə qaraciyər əlavə etmək də yaxşıdır. Bu komponentlər mövcud deyilsə, qüssə, darıxmaq hissi gələ bilər", - deyə dietoloq qeyd edib.

Solomatina əhval-ruhiyyəni yaxşılaşdıra bilən məhsullar arasında yulaf əzməsi, pomidor,  göbələk və hinduşka ətini də qeyd edib.


Etiketlər:  Əhval ruhiyyəni yaxşılaşdıran qidalar açıqlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ