Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 16:08
Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv ediləcək.
Sonxeber.net TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyat qərargahı məlumat yayıb.
Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.
Eyni zamanda, xüsusi və hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində fəaliyyətinə davam edəcək.