Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhsullarımız Rusiyada “Prodexpo 2022” sərgisində - FOTO

Məhsullarımız Rusiyada “Prodexpo 2022” sərgisində - FOTO

Tarix: 7 Fevral 2022 18:24

Rusiyanın paytaxtı Moskva şəhərində "Prodexpo 2022" sərgisi öz işinə başlayıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 30-dan çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, fevraln 11-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Milli.Az


Etiketlər:  Məhsullarımız Rusiyada Prodexpo 2022 sərgisində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ