Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azəristiliktəchizat”in sədri vəzifəsindən azad edilib

“Azəristiliktəchizat”in sədri vəzifəsindən azad edilib

Tarix: 7 Fevral 2022 19:03

Yaşar Məmmədəli oğlu Həsənov "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Etiketlər:  Azəristiliktəchizatin sədri vəzifəsindən azad edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ