Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yazıq qız ərinin şorgöz olduğunu haradan bilsin?"

Tarix: 7 Fevral 2022 20:08

Türkiyədə yayımlanan "2. sayfa" verilişinin instaqram hesabında paylaşılan post gündəm olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən paylaşımda "Bir də örnək cütlük olduğunu deyirdik. Bu aralar ildönümlərini qeyd edəcəklər. Yazıq qız həyat yoldaşının gizli şorgöz olduğunu haradan bilsin? Gizli olan elə də qalmır təəssüf ki" qeyd olunub.

Sosial media izləyiciləri proqram tərəfindən adı açıqlanmayan cütlüyün aktyorlar Hazal Kaya ilə həyat yoldaşı Ali Atayın olduğunu iddia ediblər. Ötən gün 3-cü evlilik ildönümlərini təbrik etmək üçün Hazalın etdiyi paylaşım isə iddiaları daha da gücləndirib.

İddialar sosial media izləyicilərini iki yerə bölüb. Bir qismi Alinin belə hərəkət etməyəcəyini, digər bir qismi isə Hazalın bu cür münasibətə layiq olmadığını qeyd edib. Bu səbəbdən şərhdə nəzərdə tutulan cütlüyün kimliyi maraq oyadıb.

Milli.Az


Etiketlər:  Yazıq qız ərinin şorgöz olduğunu haradan bilsin


RƏYLƏR