Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 23:03
Bəzi balıq növləri, eləcə də süd məhsulları və duza qoyulmuş kələm qışda soyuqdəymə riskini azaldır.
Sonxeber.net bildirir ki, bu barədə rusiyalı terapevt Fallahi Nurcahan məlumat verib.
Onun sözlərinə görə, qışda orqanizmin xüsusilə müxtəlif və sağlam qidalanmaya ehtiyacı var, buna görə də rasionda "D" vitamini ilə zəngin olan balıqlar - qızılbalıq, tunes, sardina və sair olmalıdır.
"Bundan başqa süd məhsulları probiotiklər və laktobakteriyalarla zəngindir. Həmçinin qış menyusunda duza qoyulmuş kələm də olmalıdır, çünki təbii fermentasiya ilə tərkibində çoxlu miqdarda vitaminlər, xüsusən də askorbin turşusu və probiyotiklər əmələ gəlir. Proteinli qidalara, o cümlədən heyvani zülallara daha çox diqqət yetirin. O, bizi immunitet üçün vacib olan bir çox amin turşusu ilə təmin edir", - deyə Nurcahan məsləhət görür.
Həkim təzə tərəvəz və meyvələrin istehlakını azaltmamağın vacib olduğunu vurğulayıb.
"Rasionunuzu nə qədər zənginləşdirsəniz və müxtəliflik olsa, soyuq mövsümdə soyuqdəymə ehtimalınız bir o qədər az olar", - deyə ekspert sözlərini yekunlaşdırıb. /medicina.az