Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 05:22
Yaxın bir neçə ildə Azərbaycanda qanunsuz tikili qalmayacaq. Fövqəladə Hallar Nazirliyi bununla bağlı müvafiq işlər görür. Artıq belə tikililərin xəritəsi, sayı, yerləşdiyi ərazilər müəyyən edilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri üzrə ekspert Nüsrət İbrahimov da bu istiqamətdə görüləcək ilk işin məhz invertarlaşma olduğu qənaətindədir. Qanunsuz tikililərin taleyinə gəlincə isə...
Ekspertin fikrincə, problemin tam həlli, düşünüldüyü kimi, yaxın zamanda real görünmür. Çünki görülən tədbirlərlə paralel olaraq tikinti normalarının pozulması hallarına hələ də rast gəlinir.
Nüsrət İbrahimov deyir ki, probleimn həlli çox mərhələli plan üzrə aparılmalıdır.