Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 14:28
Binə qəsəbəsindəki su kanalında acınacaqlı vəziyyət hökm sürür. Bu vəziyyət illərdir ki, davam edir.
Binə sakinləri deyirlər ki, müraciət etdikləri qurumların heç birindən müsbət cavab ala bilməyiblər.
Xezerxeber.az-ın məlumatına görə, su kanalı o qədər zibillənib ki, artıq onu təyinatı üzrə istifadə etmək də olmur.
Kanaldakı sudan nə heyvanlara, nə də təsərrüfata vermək mümkündür. Hər gün artan zibil qalaqlarının arasından ara-sıra heyvan cəsədləri də tapılır.
Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbəsi üzrə nümayəndəliyindən bildirildi ki, problemin yaranmasında elə ilk növbədə sakinlər özləri günahkardırlar. Çünki onlar zibilləri həmin su kanalına atırlar. O ki qaldı ərazilərin zibilqabı ilə təmin edilməsinə, qeyd edilib ki, ərazilərə qoyulmuş qablar qısa müddət sonra məhv edilir və nəticədə belə vəziyyət yaranır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: