Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hamı deyir, xəstəyəm, bundan sonra karantinin mənası nədir?!“

“Hamı deyir, xəstəyəm, bundan sonra karantinin mənası nədir?!“

Tarix: 9 Fevral 2022 19:55

Azərbaycanda COVID-19-a yoluxma sayı 7 mini keçib.

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı insanların qaydalara elə də ciddi əməl etmədiyini bildirib:

"Xəstəlik niyə bu qədər artır, - bilmirəm. Düzdür, insanlar qaydalara əvvəlki kimi ciddi riayət etmirlər. Adam bu mövzuda bir söz deməyə də qorxur ki, yenidən karantin olar. Əslində, bu xəstəliyi tutmayan qalmayacaq da, bunu əvvəlcədən demişdilər. Elə də oldu, hamı koronavirusa yoluxdu. Bundan sonra karantin etməyin, sərt qapanmalara getməyin mənası nədir?! Kimi dindirsən deyir ki, xəstəyəm. Ona görə də, xəstəliyi yaradanlar rahat olsunlar, hamı yoluxub, daha əl çəkin".

Sənətçi qeyd edib ki, "Omicron" virusunun yayılma dairəsi geniş olsa da, indiki halda yenidən sərt qapanmaya getmə arzuolunan deyil:

"Allah eləməsin ki, bundan sonra yenə karantin olsun. Onsuz da çox əziyyət çəkdik. İstər təhsildə, istər ticarətdə, istərsə toylarda karantinin fəsadlarını gördük. Bu hamıya təsir etdi. Nə qədər insan pulsuz qaldı, işsizlik baş aldı getdi. Krediti olanlar, borcu olanlar çox əziyyət çəkdi. Banklar da faizləri endirmədi. İnsanların yardım üçün etdikləri müraciətlərdən görürdük ki, vəziyyət necə çətindir. Ona görə də, yenə karantinə getmə yaxşı fikir deyil".


Etiketlər:  Hamı deyir xəstəyəm bundan sonra karantinin mənası nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ