Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 08:32
"Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi türklərin onilliklər boyu arzusu olub".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının ali orqanının üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov feysbuk səhifəsində yazıb.
"Vehip Paşa, Qarabəkir, Dəmirəl bunu arzu edirdi...
Kimin ağlına gələrdi ki, gün gələcək, Ermənistanın baş naziri kürsüsündə oturan adam parlamentdə bu türk layihəsini tərifləyəcək.
Bununla da bitmir: o, Türkiyənin bu dəmir yolunu tikəcək işçi qrupunun yaradılmasını tapşırıb.
Ermənistana xoş gəldiniz...", Şarmazanov yazıb.