Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngə gəl-gəl deyən QİDAlar - SİYAHI

Xərçəngə gəl-gəl deyən QİDAlar - SİYAHI

Tarix: 10 Fevral 2022 08:36

Alimlərin araşdırmaları nəticəsində xərçəngə səbəb olan qidalara hər gün yenisi əlavə edilir.

Ölkə.az asta-asta xərçəngə səbəb olan qidaların siyahısını təqdim edir.

1. Qaynar içkilər

Alimlər bildiriblər ki, müntəzəm olaraq qaynar içki (çay, qəhvə vəs.) qəbul etmək qida borusuna ziyan vurur və boğaz xərçənginə səbəb olur.

2. Çips

Çips əsasən uşaqların xoşladığı qidadır. Amma onun tərkibində olan yağlardan başqa orqanizmin tanımadığı süni dadlar və qoruyucu maddələr də var.

Bu maddələrin isidilməsi ilə çips istehsal edilir və insan sağlamlığı üçün ən azı siqaret qədər təhlükəlidir.

3. Mikrodalğalı sobada hazırlanan qarğıdalı

Mikrodalğalı sobada partladılan qarğıdalı dənələri də ziyanlıdır. Çünki mikrodalğalı sobanın torbalarındakı perflorooktanoik turşu böyrək, qara ciyər və digər xərçənglərə səbəb olur.

4. Broyler somon balığı

Broyler və süni göllərdə yetişdirilən somon balığı pestisit, kimyəvi və antibiotik kimi bir sıra kanserogenlərdən təsirlənərək böyüdüyü üçün insan orqanizmi üçün təhlükəlidir.

5. Konservləşdirilmiş qidalar

Konservləşdirilmiş qidaların demək olar ki, hamısı alüminium qutularda olur. Alüminum qutular isə xərçəngə səbəb olan BPA ilə bağlı olduğu üçün təhlükəlidir.

6. Tərkibində fruktoza olan siroplar

Xüsusən də ketçup, mayonez və salat sousları, meyvə sularındakı bu sirop xərçəng hüceyrələrinin sevimli qida maddəsidir. Xərçəngə səbəb olmaz, xərçəng hüceyrələrinin sürətlə çoxalmasına kömək edər.

7. Duza qoyulmuş qidalar

Tərkibindəki nitrat və nitritlər sağlamlığa ziyandır.

8. Spirtli içki

Spirtli içkini tez-tez qəbul edəndə ağız, yemək borusu, qara ciyər və digər xərçənglərə yoluxma riski artır.

9. Süni şirinləşdiricilər

Süni şirinləşdiricinin tərkibində olan aspartam maddəsi orqanizmdə ciddi ölçüdə toksinə çevrilir.

10. İşlənmiş və hisə verilmiş qırmızı ət

Sosis, kolbasa, sendviç və hamburqerlərdə olan işlənmiş ət də xərçəngə səbəb olur. Bundan başqa hisə verilmiş ət də orqanizm üçün ziyandır. Hər gün qəbul edilən qırmızı ət xərçəng riskini 22% artırır.


Etiketlər:  Xərçəngə gəl gəl deyən QİDAlar SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ