Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədəni ağır metallar və toksinlərdən təmizləyən müalicə üsulu

Bədəni ağır metallar və toksinlərdən təmizləyən  müalicə üsulu

Tarix: 10 Fevral 2022 08:42

İldə iki dəfə həcamət (hicama) etdirmək bədəni ağır metallar və toksinlər təmizləyir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur tibb mütəxəssisi Ender Saraç Ənənəvi Tibb Simpoziumunda həcamətin faydalarından danışıb. O, bildirib ki, həcamət ağır metal və toksinləri azaldıb, bədənin təmizlənməsinə təsir edir. Ender Saraçın sözlərinə görə, ildə iki dəfə hacamat etdirmək xeyirdir.

"Qərb tibbində, xüsusilə texnologiya baxımından böyük irəliləyişlərin olduğunu inkar edə bilmərik. Lakin çin və hind tibbi, ayurveda və ya Uyğur tibbi dünyada minlərlə il ərzində minlərlə insan üzərində tətbiq olunan üsullardır.

Mən özünü inkişaf etdirməyi, heç bir biliyin fatanı olmamağı məsləhət görürəm. Min illərdir ki, insanlara şəfa paylayan bitkilər və otlar var. Dəyişik iynələmə üsulları, masajlar və qoxu ilə müalicə yolları mövcuddur. İnsana özünü daha yaxşı hiss etdirən, daha rahat yuxuya getməsini təmin edən və qanda xoşbəxtlik hormonları olan serotonini artıran, qocalma prosesini gecikdirən sistemlər var. Bu məlumatlara açıq olmaq və bir-biri ilə əlaqə yaratmaq lazımdır.

İldə iki dəfə həcamət etdirməyi təklif edirəm. Bu üsul bədəndə yığılan ağır metal və toksinləri azaldıraq təmizlənməyə kömək edir. Bundan sonra təmizlənmiş bədənimizi sağlam qidalandırmalı və lazım olarsa, vitaminlər qəbul etmək lazımdır. Buradaki ən mühüm sual ənənəvi tibbi kimin həyata keçirməsidir. Təcrübəsi və sertifikatları olan peşəkarlara müraciət etmək insanlar üçün vacibdir".


Etiketlər:  Bədəni ağır metallar toksinlərdən təmizləyən müalicə üsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ