Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşa məhəllələri: Çuxur məhəllə - VİDEO - FOTO

Şuşa məhəllələri: Çuxur məhəllə - VİDEO - FOTO

Tarix: 10 Fevral 2022 16:58

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Şuşa şəhərində XVIII əsrdə salınmış aşağı məhəllələrdən biri Çuxur məhəllədir. Çuxur məhəllə şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Hacı Quluların mülkü, Xalq artisti Bülbülün ev-muzeyi bu məhəllədə yerləşir.

Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.


Etiketlər:  Şuşa məhəllələri Çuxur məhəllə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ