Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19 zamanla fəsli virusa çevriləcək - Həkim

COVID-19 zamanla fəsli virusa çevriləcək -  Həkim

Tarix: 10 Fevral 2022 22:36

"Kollektiv immunitetin yaranması iki yolla olur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, bu, yoluxma və vaksinasiya nəticəsində olur: "Əhalinin təxminən 47-48 faizi tam peyvənd olunub. Peyvəndləmə sıx vaxtda aparıldıqda bu zaman kütləvi immunitet yaranır. Kollektiv immunitet dedikdə ayrıca ölkə deyil, dünya əhalisinin vaksinasiyası nəzərə alınmalıdır. Virus getdikce potagenliyini itirir. Vaxt keçdikcə, dəfələrlə peyvənd olunduqca, infeksiyanın pandemik gücü ortadan çıxacaq. Bu, zamanla fəsli virusa çevriləcək".

Milli.Az


Etiketlər:  COVID 19 zamanla fəsli virusa çevriləcək Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ