Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 23:36
"Pandemiya davam edəcəksə, 6 aydan bir peyvənd dozaları vurulacaq".
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, əgər pandemiya bitərsə, yəqin ki, insanlar virusa qarşı ildə bir dəfə peyvənd oluna bilərlər.
T. Eyvazov həmçinin əlavə edib ki, Azərbaycanda iki doza peyvənd almış və 3-cü dozanı alacaq əhalinin sayı 40 faizə yaxınlaşır:
"Peyvəndləmə hesabına dünyada milyonlarla insanın həyatı xilas olunub. Buna görə xəstəliyi kritik keçirmə və ölüm halları azalıb".
O, həmçinin əhaliyə tövsiyə edib ki, əgər əldə olunan qoruyuculuğu davam etdirmək istəyirsiksə, "buster" dozanı da alsınlar.