Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb

Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb

Tarix: 11 Fevral 2022 11:56

Ağsu rayonunda sələmçi qardaşlar bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və Orxan Fazilzadə qardaşları sələmə verdikləri pula görə Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə, Alı Nəcəfli ilə aralarına mühahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadənin ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarəti yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ağsuda insident olub sələmçi qardaşlar bıçaqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ