Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 13:02
Türkiyə İsrail, Ermənistan və BƏƏ ilə əlaqələrin normallaşması istiqamətində ciddi addımlar atır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 24 fevralda Vyanada baş tutacaq görüşündən sonra yazda əsas danışıqlar İrəvanda və İstanbulda keçiriləcək.
Qeyd edək ki, bundan öncə İsrail xarici işlər nazirliyinin baş direktoru Alon Uşpizin İshaq Hersoqun səfərindən öncə məxfi şəkildə Türkiyəyə səfər etdiyi haqda məlumat yayılmışdı.