Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lüğətlər hazırlanarkən hansı amillər nəzərə alınır? - VİDEO

Lüğətlər hazırlanarkən hansı amillər nəzərə alınır? - VİDEO

Tarix: 11 Fevral 2022 16:10

Zənginliyi, axıcılığı və ahəngdarlığı ilə seçilən ana dilimiz. Həm düşünür, həm də fikirlərimizi ifadə edirik bu dildə. Bu dil həm də bizim tariximiz qədər qədimdir. Xalqımızın təşəkkül tapmasından bugünədək isə bütün sınaqlardan, çətinliklərdən üzüağ çıxıb doğma dilimiz. 

Ancaq hələ də bəzi ifadələr var ki, Azərbaycan dilində onların qarşılığını tapmaqda çətinlik çəkirik. Hətta bir çox belə sözləri aid olduğu dildəki kimi işlədir, tələffüz edirik. 

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, Nəsimi adına dilçilik insititunun baş elmi işçisi Nəriman Seyidli deyir ki, yeni lüğətlərdə gündəlik nitqimizdə işlətdiyimizxeyli sayda Rus və Avropa mənşəli sözlərin Azərbaycan dilində qarşılıqları var. Həmçinin bəzi belə sözlər orfoqrafiya lüğətlərinə hər iki dildə daxil edilib. 

Nəriman Seyidəliyevin sözlərinə görə, lüğətlərin hazırlanması kifayət qədər çətin və uzun prossesdir. 

Nəriman Seyidli bildirir ki, orfoqrafika lüğəti tərtib olunduqdan sonra, dildə baş verən hər hansı yenilik və ya əlavələr digər lüğətlərdə əksini tapır. 

Milli.Az


Etiketlər:  Lüğətlər hazırlanarkən hansı amillər nəzərə alınır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ