Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Asiyada məşhur kurort peyvənd olunmayan turistlərə də qapısını açdı - FOTO

Asiyada məşhur kurort peyvənd olunmayan turistlərə də qapısını açdı - FOTO

Tarix: 12 Fevral 2022 15:54

Filippinin məşhur olan Sebu kurortuna martın 1-dən etibarən koronavirus peyvəndi olmayan səyahətçilərə giriş icazəsi verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, peyvənd olunmayan və ya qismən peyvənd olunan turistlərdən sadəcə 48 saat əvvəl götürülən PCR testinin mənfi cavabı tələb olunur. Bundan əlavə, adaya gələn əcnəbilər məcburi izolyasiyanın beşinci günündə başqa bir PCR testindən keçməlidirlər.

Sebuda koronavirus məhdudiyyətlərinin yüngülləşdirilməsi qərarı ölkənin turizm sənayesinin pandemiya səbəbindən acınacaqlı vəziyyəti fonunda qəbul edilib. Hökumət nümayəndələrinin sözlərinə görə, turizm sənayesi hotellər, turoperatorlar və kurortlarla birlikdə ölür.

Qeyd edək ki, fevralın 1-dən Filippin hakimiyyəti sərhədlərini COVID-19-a qarşı peyvənd olunmuş əcnəbi turistlər üçün açıb.

Milli.Az


Etiketlər:  Asiyada məşhur kurort peyvənd olunmayan turistlərə qapısını açdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ