Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb

Tarix: 12 Fevral 2022 23:03

Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir.

Son zamanlar bütün dünyada və o cümlədən Azərbaycanda da bu xəstəliyə tutulanların sayı artıb.

Medicina.az mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.

Xəstəliyin risk faktorları: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.

Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:

- İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama

- Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək

- Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi

- Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı

- Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma

- Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır

- Mexaniki sarılıq - dərinin, göz bəbəyinin saralması

- Sidiyin tünd pivə rəngi alması

- Nəcisin rəngsizləşməsi, ağarması

- Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması

- Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur.

Nə etməli:

İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.

Qan analizi, qanda bilirubin, biokimyəvi analiz, sidik, nəcis analizi, bütün daxili orqanların UZİ-si, lazım gələrsə KT, orqanı görmək üçün fibroqastroduenoskopiya edilir.

Xəstəliyin dərəcəsinə görə kimya və radioterapiya, cərrahi müalicə tətbiq olunur.


Etiketlər:  Mədəaltı vəzi xərçənginin ilkin əlaməti Azərbaycanda geniş yayılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ