Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kürəkənini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda kürəkənini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Tarix: 12 Fevral 2022 23:08

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il dekabrın 13-də Xəzər rayonunda baş verib.

Belə ki, A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni Rəşad Məmmədovu qətlə yetirib. A.Cəfərov saxlanılıb. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Etiketlər:  Bakıda kürəkənini qətlə yetirən şəxsin məhkəməsi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ