Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikron, yoxsa Delta? - Fərqli, oxşar əlamətlər

Omikron, yoxsa Delta? - Fərqli, oxşar əlamətlər

Tarix: 13 Fevral 2022 21:27

"Omikron" ştamında dadbilmə və iybilmənin itməsi hallarına az rast gəlinir. İnsanlar, əsasən, burun tutulması, mülayim hərarət, yorğunluq kimi əlamətlər hiss edir. Bu halda ilk növbədə insanlar özlərini təcrid etməlidir, ailə həkiminə müraciət edib vəziyyəti nəzarətdə saxlamalıdırlar. Lazım oduğu halda xəstədən analiz götürüləcək və onun virusa yoluxub-yoluxmadığı müəyyən ediləcək.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu uzman-terapevt Çinarə Səfərova Omikron ştamında əsas qeyd olunan əlamətlər barədə danışarkən deyib.
Bu əlamətlər əsasən baş və boğaz ağrısı ilə yanaşı, mədə-bağırsaq pozuntusu, diareya və sairədir. Həmin əlamətlər müşahidə edildiyi halda diqqətli olmaq tələb olunur:

"Pandemiya dövründə yaşadığımıza görə həmin əlamətlər, o cümlədən yuxarı tənəffüs yollarına aid olan bütün əlamətlər olanda mütləq COVID-19-a qarşı analiz vermək lazımdır. "Delta" ştamında daha çox intoksikasiya əlamətləri çox sürətlə inkişaf etdiyi halda, "Omikron" ştamında sürətli gediş və ağırlaşmalar az müşahidə olunur".


Etiketlər:  Omikron yoxsa Delta Fərqli oxşar əlamətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ