Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mandjukiç seçim qarşısında - ya Qətər, ya da...

Mandjukiç seçim qarşısında - ya Qətər, ya da...

Tarix: 5 Sentyabr 2019 14:36

Qətər klublarından biri "Yuventus"un futbolçusu Mario Mandjukiçi transfer etmək istəyir.

Qol.az-ın "Calciomercato"ya istinadən yaydığı xəbərə görə, Turin klubunun Çempionlar Liqası üçün heyətinə daxil edilməyən xorvat hücumçu seçim qarşısında qalıb. O, ya Qətər klubuna bu ay transfer olunmağı qəbul edəcək, ya da Avropada çıxışını davam etdirmək üçün yanvarda yeni təkliflər gözləyəcək.

Qeyd edək ki, Qətərdə transfer pəncərəsi sentyabrın 30-u bağlanır.

 


Etiketlər:  Mandjukiç seçim qarşısında Qətər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR