Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 11:58
Pərakəndə satış sektoruna hərəkətlilik gətirən Sevgililər Günü çərçivəsində bu il xərclərin artımı gözlənilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ABŞ Milli Pərakəndə Satıcılar Assosiasiyasının (NRF) 7728 nəfərin iştirakı ilə apardığı sorğunun nəticələri göstərir ki, amerikalı istehlakçıların 53 faizi bu əlmədar tarixi qeyd etməyi planlaşdırır.
Bu il Sevgililər Günü üçün ABŞ sakinlərinin öz büdcələrindən ümumilikdə 23,9 milyard dollar ayıracağı bildirilir.
Qeyd edək ki, keçən il bu rəqəm 21,8 milyard dollar olub.