Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqladı

Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqladı

Tarix: 14 Fevral 2022 14:44

Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

O, Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edib. Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını qeyd edib.

Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü vurğulayıb.


Etiketlər:  Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ