Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə''

''Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə''

Tarix: 6 Iyun 2025 05:05

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, o, oğullarının ailə qurmasından danışıb:

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amma mən gəlinlərimi tanımamışam. İkisi də xanımını özü seçib. Birlikdə yaşayacaq insan onlardır. Əlbəttə ki, yaxşı müdaxiləm, məsləhətim olub".Biz ad xatirinə, kiməsə acıq vermək şərti ilə ailə qurmamalıyıq. İnsan ailə qurmağa hazır olmalısan. Bu, oyun deyil. Qadın və kişinin kaprizinə görə uşaqlar travma alırlar. Oğlan və ya qız ailə qurmağa hazır deyilsə, kiminsə uşağını bədbəxt etməsin. 

Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə. O qızı da bədbəxt etmə. O da bir ana-atanın övladıdır. Əziyyət çəkib övlad böyüdüb, oxudub. Əgər gedib sabah bütün abrımı əlimdən alacaqsansa, etmə. Qapıya gedəndə qıza dedim ki, ailə qurmağa hazırsan? Bir az ailə işinə ciddi yanaşaq".


Etiketlər:  Elçi gedəndə oğluma dedim üzümü qara etmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ