Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə dəhşətli qətl törədilib - VİDEO

Şəmkirdə dəhşətli qətl törədilib - VİDEO

Tarix: 14 Fevral 2022 16:14

Şəmkir rayonunda qətl hadisəsi törədilib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Şəmkirin Çinarlı kəndində səhər saat 7 radələrində baş verib.

34 yaşlı Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında 2 aylıq hamilə olan arvadı 27 yaşlı Lalə Həsənovaya və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək qəsdən öldürüb.

Qohumlar və qonşular Elməddinin əsəb xəstəliklərdən əziiyət çəkdiyini desələr də, qətlə bu amilin səbəb olmasına inanmırlar.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, Elməddin Həsənovun ruhi xəstə olması ilə bağlı iddialar təsdiqini tapsa işə əlavə detallar artırıla bilər.

Məhkəmə tibbi ekspertizanın yekun rəyindən sonra da cinayət işinə yeni təfərrüatların əlavə olunacağı istisna edilmir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi başlanıb.

Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəmkirdə dəhşətli qətl törədilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ