Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaraların işlənməsi üçün dərman geri qaytarılır

Yaraların işlənməsi üçün dərman geri qaytarılır

Tarix: 14 Fevral 2022 21:22

"Blaine Labs" şirkəti tərəfindən istehsal edilən, yaraların işlənməsi üçün nəzərdə tutulan "RevitaDerm" gelinin bir partiyasında "Bacillus cereus" bakteriyaları olması aşkar ediləndən sonra şirkət həmin partiyaya aid preparatın geri çağırılmasını elan edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu preparatın geri çağırılması ABŞ Qida Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi ilə birgə elan edilmişdir. "RevitaDerm Wound Care Gel" preparatı kəsiklərə və sıyrıntılara qarşı antibakterial vasitə kimi istifadə edilmək üçün nəzərdə tutulur. Məhsul 1,0 unsiyalıq butulkalarda və 3,0 unsiyalıq tübiklərdə buraxılır.

Şirkət bu preparatı 17 ştatda 60 həkim arasında yayırdı. Geri çağırılma yalnız BL2844 partiyasına aiddir. Bu partiyaya aid preparatların yararlılıq müddəti 2023-cü il fevralın 19-da başa çatır. Geri çağırılmış məhsuldan istifadə edən insanlar "Bacillus cereus" bakteriyalarına yoluxmağa risk edirlər.

Yoluxdurulmuş məhsulun yaraya çəkilməsi dərinin və yumşaq toxumaların təhlükəli yoluxması ilə nəticələnə bilər. "Bacillus cereus" bakteriyası immuniteti zəif olan pasiyentlər və uşaqlar üçün xüsusilə təhlükəlidir.

Bakteriyalar həyat üçün təhlükəli invaziv infeksiyalara, o cümlədən yaraların və qanın infeksiyalarına, sepsis, pnevmoniya və meningit xəstəliklərinə səbəb ola bilər. "Blain Labs" nümayəndələri bildiriblər ki, şirkət yaraların işlənməsi üçün nəzərdə tutulan və hazırda geri çağırılan gellə bağlı əlavə təsirlər haqqında heç bir şikayət və ya məlumat almayıb.


Etiketlər:  Yaraların işlənməsi üçün dərman geri qaytarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ