Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qreypfrutun bilmədiyimiz MÖCÜZƏSİ

Qreypfrutun bilmədiyimiz MÖCÜZƏSİ

Tarix: 14 Fevral 2022 23:42

Qış aylarında immmuniteti qaldırmaq üçün həkimlər bol vitamin, meyvə-tərəvəz yeməyi tövsiyə edirlər. İmmun sistemi üçün hədsiz faydalı olan meyvələrdən biri qreypfrutdur.

Sonxeber.net "sputnik"ə istinadla xəbər verir ki, həkimlər immun sistemini qaldırmaq, daha sağlam qidalanmaq üçün səhər tezdən, yaxud da axşama doğru qreypfrut yeməyi, şirəsini çəkib içməyi tövsiyə edirlər. Həkimlər deyir ki, qış aylarında qreypfrut vücudun qoruyucu qalxanıdır.

Antioksidant təsirə malik olan qreypfrut müxtəlif vitaminlər, o cümlədən də vitamin C ilə zəngindir. 100 qram qreypfrutda 46 kalori, 1 qram yağ, 12 qram karbohidrat, 40 mq kalsium, 70 mg vitamin C, 8 mg B6 vitamini, 5 mq dəmir, 20 mq maqnezium, 10 qram protein var. Gündə 1-2 ədəd qreyfrut yeməklə kifayət qədər vitamin C qəbul etmiş olacaqsız.

Artıq çəkidən, mədə ağrısı və mədə ilə bağlı müxtəlif problemlərdən əziyyət çəkənlərə bu meyvəni yemək tövsiyə edilir.

Dünyada "moro", "sanguinelli" və "tarocco" növləri ilə məşhurlaşan qreyfrut meyvəsinin şirəsi xüsusən İtaliya mətbəxində çox məşhurdur.


Etiketlər:  Qreypfrutun bilmədiyimiz MÖCÜZƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ