Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 09:54
Bryansk vilayətinin məhkəməsi azyaşlı ilə cinsi əlaqədə olmaqda şübhəli bilinən deputatın işinə baxacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ötən ilin aprelində Bryansk müstəntiqləri azyaşlı ilə cinsi əlaqədə olmaqda şübhəli bilinən deputatı, həmçinin onu fahişəliyə cəlb etməkdə şübhəli bilinən vilayətin sakinini saxlayıblar.
"Müstəntiqlər deputatın Bryansk vilayətində bir neçə cinayət, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törətdiyi cinayət işinin istintaqını yekunlaşdırıb. Hazırda cinayət işi baxılması üçün məhkəməyə göndərilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Dyatkovo Rayon Şurasının 49 yaşlı deputatı on dörd yaşına çatmamış şəxslərlə cinsi əlaqədə olmaq və nalayiq hərəkətlər etməkdə və bir sıra digər cinayətlərdə ittiham olunur.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2016-cı ilin iyul ayından 2021-ci ilin aprel ayına kimi Bryansk vilayətindəki evində 13-16 yaşlı yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olub, onlara bunun müqabilində pul ödəyib.