Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur general və xanımı koronavirusa yoluxub

Məşhur general və xanımı koronavirusa yoluxub

Tarix: 15 Fevral 2022 14:24

Fövqəladə Hallar Nazirliyinin generalı və xanımı koronavirusa yoluxub.

Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev və xanımı hazırda Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alırlar.

Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə gətirilib.

Xatırladaq ki, Şahmar Paşayev daxili işlər orqanalrının da məşhur simalardan biri idi. O, müxtəlif rayonların polis rəisi, Bakı Şəhər Polis İdarəsinin isə rəis müavini vəzifələrində çalışıb.


Etiketlər:  Məşhur general xanımı koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ