Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 19:36
Kırklarelidə (Türkiyə) özəl xəstəxananın baş həkimi otağına çağırdığı qadın həkimə qurduğu tələ hər kəsi heyrətə salıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, həmkarının içkisinə dərman qataraq onu çarpayıda zorlayan baş həkim 15 il müddətinə azadlıqdan məhrum edilib.
Özəl xəstəxanada həkim işləyən xarici ölkə vətəndaşı E.V.-nin iddialarına görə, növbə gecəsi baş həkim onu söhbət adı ilə otağına çağırıb. Söhbət zamanı baş həkimin təklif etdiyi içkini içdiyini, baş həkimin ona həb verdiyini deyib.
Həbi qəbul etdikdən sonra idarəetməni itirən qadın iddia edib ki, baş həkim onu çarpayıya qoyulduqdan sonra otağın qapılarını qıfıllayıb və paltarlarını çıxarmağa başlayıb. İstifadə etdiyi həb və spirtli içkilərə görə halsızlaşdığını və baş həkimə müqavimət göstərə bilmədiyini izah edən qadın cinsi təcavüzə məruz qaldığını iddia edib.
Yaşadığı dəhşətli hadisədən sonra Ədirnədə psixoloqun yanına gedən qadın həkim baş həkimdən şikayət etmək qərarına gəlib. Şikayət əsasında saxlanılan baş həkim həbs edilib.
Baş həkim A.Ç öz növbəsində "onun razılığından başqa bir şey etməmişəm. Bu cinayəti mən törətməmişəm" deyib.
Anar Əli