Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 01:46
Raiffeisenbank-ın apardığı sosioloji araşdırma maraqlı bir nəticə ortaya qoyub. Bəlli olur ki, rusların 40 faizindən çoxu pulun sevgiyə müsbət təsir etdiyinə əmindir.
Sonxeber.net xəbər verir ki, təxminən 11 faiz pul məsələsinin münasibətləri korladığına inanır. Eyni zamanda, 42 faiz insan pulun yalnız sevgini gücləndirdiyinə əmindir. Təxminən 47 faiz insan pul məsələsinin heç bir şəkildə münasibətlərə təsir etmədiyinə inanır.
Həmçinin, sorğuda iştirak edən rusların dörddə biri etiraf edib ki, tərəfdaşı ilə pul çatışmazlığı səbəbindən mübahisə edir və ya nəyə qənaət edib, nəyə xərcləyəcəkləri barədə razılığa gələ bilmir. Təxminən 66 faiz cütlükdə xərcləmə məsələsinin öz-özünə həll olunduğuna əmindir və yüzdə 32-si hər kəs üçün məqbul bir həll tapmağı bacarıb, yüzdə ikisi razılaşa bilməyib.
Raiffeisenbank-ın pərakəndə satış seqmentinin kredit riski departamentinin rəhbəri Aleksey Kramarskinin sözlərinə görə, subaylar kredit kartları üzrə 20 faiz, istehlak kreditləri üzrə isə 30 faiz çox gecikdirirlər.
Araşdırmada qeyd edilir ki, Sevgililər Günündə ruslar çox pul xərcləməyə hazır deyillər. Əksəriyyəti partnyoruna 1-3 min rubl məbləğində hədiyyə hazırlayır.
Anar Əli