Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 11:44
İtaliyada həyatını itirmiş 41 yaşlı şəxs üzərində koronavirus testi aparan həkimlər heyrətə gəliblər.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, ölən şəxsin üzərində 41 gün ərzində 28 dəfə test aparılıb. Teslərin hamısı pozitiv çıxıb. Elm adamları koronavirusun yayılmasını daha geniş araşdırmaq üçün belə üsula əl atıblar. Bu nəticə koronavirusun cəsəddə qalıcı olduğunu öyrənmək baxımından vacib hesab edilir. Məlumata görə, test edilən cəsəd 4 dərəcə temperaturdakı otaqda qapalı su keçirməyən bağlamanın içində saxlanılıb. Cəsəd çürüdüyünə görə, həkimlər 41 gündən sonra test edə bilməyiblər və cənazə sənədləri yekunlaşdığına görə cəsədin dəfn edilməsi qərarlaşdırılıb.