Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 20:36
Yol-nəqliyyat hadisələri ilə bağlı hər gün xəbərlər eşidirik. Bəzən bu qəzalar daha ağır nəticələr verir. Ani ehtiyatsızlıq, yaxud məsuliyyətsizlik bir neçə insanın həyatına son qoyur. Təkcə ötən il Azərbaycanda 1649 yol-nəqliyyat hadisəsi baş verib ki, bu qəzalar zamanı da 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb.Sərxoş sürücülərin törətdiyi avtoqəzalarda 8 nəfər dünyasını dəyişib. Yol-nəqliyyat hadisələrinin 29,2 faizi isə həftənin istirahət günləri baş verib. Hansı ki, həmin günlər yollarda sıxlıq daha az olur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, xüsusilə ağır qəzaların həftəsonları baş verməsi ilk növbədə sürət amili ilə bağlıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev də avtoqəzaların daha çox sürət həddinin aşılması nəticəsində baş verdiyini bildirir. Bu qayda pozuntusu törədən sürücülərə isə 10 manatdan 250 manata qədər cərimə tətbiq olunur.