Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 Rusiya şirkəti Azərbaycana müraciət edib - SƏBƏB

14 Rusiya şirkəti Azərbaycana müraciət edib - SƏBƏB

Tarix: 17 Fevral 2022 11:16

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 Rusiya şirkəti müraciət edib.

Bu barədə Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüşdə deyilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 mlrd. ABŞ dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 6 mlrd. ABŞ dollarından artıq investisiya yatırıldığı qeyd edilib.

Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.

Milli.Az


Etiketlər:  Rusiya şirkəti Azərbaycana müraciət edib SƏBƏB


RƏYLƏR